“Mançester Yunayted” futbolçusu Markus Reşfordun müqaviləsinin müddətini artırmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, “qırmızı şeytanlar” ingilis hücumçuya yeni – 5 illik sözləşmə təklif etməyə hazırlaşır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Reşford yeni müqaviləylə illik 18,3 milyon avro qazanacaq. 21 yaşlı hücumçunun həftəlik qazancı isə 348 min avro olacaq.
“Mançester Yunayted”in yetirməsi olan Reşford, əsas komandada debüt matçına 2016-cı ildə çıxıb. Bu mövsüm Premyer Liqada 27 oyunda iştirak edən hücumçu, 10 qola imza atıb.