"Liverpul" klubunun futbolçusu Sadio Mane gələcəyi ilə bağlı qərarını verib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi onunla maraqlanan "Real"a keçmək qərarına gəlib. Manenin Madrid klubunun baş məşqçisi Zinəddin Zidanın rəhbərliyi altında oynamaq istədiyi iddia olunub.
Bundan başqa, seneqallı oyunçu İngiltərə təmsilçisindəki karyerasının sona yaxınlaşdığını hesab edir.