Braziliyanın əfsanəvi futbolçusu Pele, İngiltərə Premyer Liqasındakı çempionluq yarışı haqqında açıqlama verib.

Offsideplus.az Braziliya mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, bu mövsüm Premyer Liqada “Liverpul”un çempion olacağını deyib:

“Mövsümün əvvəlindən “Liverpul”un çempion olacağını düşünürəm. Liderdən geri qalmasına baxmayaraq, hələ də bu fikirdəyəm”.

Mersisayd derbisində “Everton”la 0:0 hesablı bərabərliyə razılaşan “Liverpul”, lider “Mançester Siti”dən 1 xal geri qalır.