İngiltərənin “Mançester Yunayted” klubunun qapıçısı David De Xea maaşının ikiqat artırılmasını istəyir.

Offsideplus.az “The Telegraph”a istinadən xəbər verir ki, 28 yaşlı qolkiper yalnız bu halda “qırmızı şeytanlar”la yeni müqavilə bağlamağa razıdır. İspaniyalı futbolçu klubdan çilili forvard Aleksis Sançesdə olduğu qədər - illik 29,12 milyon avro əmək haqqı tələb edib.  

De Xeanın “Mançester Yunayted”lə müqaviləsinin müddəti bu ilin iyununda başa çatır. Onun hazırkı məvacibi illik 14,57 milyon avro təşkil edir.

Qeyd edək ki, David De Xea “Mançester Yunayted”ə 2011-ci ilin yayında İspaniya “Atletiko”sundan 25 milyon avroya keçib.