"Çelsi" baş məşqçisi Mauritsio Sarri ilə qapıçısı  Kepa Arrissabalaqa arasında olan qalmaqalı araşdırıb.

Offsideplus.az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi Kepa və Sarrini dinləyib və qapıçını həftəlik maaş məbləği ilə cərimələyib. Həmin məbləğin "Çelsi"nin xeyriyyəçilik fonduna köçürüləcəyi bildirilib.

Qeyd edək ki, İngiltərə Liqa Kubokunda “Mançester Siti” ilə final oyununda Sarri qapıçı Kepanı əvəzləmək istəsə də, o, bundan imtina edib.