“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 27-ci turunda öz meydanında “Liverpul”la qolsuz bərabərə qalıb.
Offsideplus.az “Opta” saytına istinadən xəbər verir ki, 0:0 hesabıyla bitən matç “qırmızı şeytanlar”ın qolkiperi David de Xea üçün əlamətdar olub. Belə ki, ispan qapıçı “Mançester Yunayted”in heyətində 100-cü “quru oyun”unu keçirib. O, bununla da, Premyer Liqa tarixində bir klubun heyətində 100 və daha çox “quru oyun” keçirən 7-ci qapıçı olub.
“Mançester Yunayted”in heyətində ən çox oyunda qapısını toxunulmaz saxlayan isə Peter Şmeyxeldir. O, “qırmızı şeytanlar”da 112 oyunda “çərçivə”ni toxunulmaz saxlayıb.
De Xea “Mançester Yunayted”də 2011-ci ildən çıxış edir.