"Mançester Siti”nin "Çelsi”ni 6:0 hesabıyla məğlub etməsi London təmsilçisinin baş məşqçisi Maurizio Sarrini özündən çıxarıb.
Offsideplus.az xəbər verir ki, italiyan mütəxəssis hakimin final fitindən sonra Pep Qvardiolanın ona uzanan əlini sıxmayıb.
Qvaridiolanın əlinin havada qaldığını görən Sarrinin köməkçisi Zola dərhal onun əlini sıxıb və vəziyyəti düzəltməyə çalışıb.
Sarri mətbuat konfransında Qvardiolanı görmədiyini, onunla heç bir probleminin olmadığını deyib.