"Çelsi”nin futbolçusu Olive Jiru baş məşqçi Mauritsio Sarrinin qərarlarından narazıdır.
Offsideplus.az xəbər verir ki, Jirunun narazı salan əsas məqam isə Sarrinin Eden Hazardla bağlı planıdır. Fransız futbolçu komandadakı gələcəyinin də dumanlı olduğunu bildirib:
"Sarri Hazarı "9 nömrə” mövqeyində oynatmaq istəyir. Bu da hücumçulara ziyan vurur. Ancaq onu da deyim ki, Eden indiyə qədər oynadığım futbolçular arasında ən yaxşısıdır.
"Çelsi”yə yeni hücumçunun gəlməsi mənim klubdakı gələcək karyeramı dumanlı edir. Fransaya qayıtmağı heç vaxt istisna etməmişəm.
"Lion” və "Marsel” əl klublardır. Ancaq mənim üçün əsas prioritet Premyer Liqada qalmaqdır”.
32 yaşlı hücumçu cari mövsümdə Premyer Liqada 18 oyun keçirib, 1 qol vurub, 4 qol ötürməsi edib.