“Liverpul” futbolçusu Ovimumo Ejariyanı icarəyə verib.

Offsideplus.az klub saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Çempionşip təmsilçisi “Ridinq”ə keçib.  Ejariya mövsümün sonuna qədər “Ridinq”in uğurları üçün çalışacaq. Mövsümün ilk yarısını icarə əsasında Şotlandiyanın “Reyncers” klubunda keçirən Ejariya, Qlazqo təmsilçisində 28 qarşılaşmada iştirak edərək, 2 qol vurub.

21 yaşlı futbolçu “Liverpul”un əsas komandasıyla 8 oyun keçirib.