"Liverpul"un futbolçusu Federiko Kyeza çempionluq medalını almaya bilər.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa qaydalarına görə medal almaq üçün mövsüm ərzində ən az 5 oyuna çıxmalısan.

Kyezada isə bu rəqəm 4-dür. O, son 4 qarşılaşmada meydana daxil olmasa, medaldan məhrum ola bilər.

İtaliyalı futbolçu ötən ilin yayında "Liverpul"a qoşulub. O, Mersisayd klubunun heyətində bütün turnirlərdə 12 oyuna çıxıb.

Əlavə edək ki, Mersisayd klubu İngiltərə Premyer Liqasında sona 4 tur qalmış çempionluğunu edib. Onlar 20-ci dəfə titula yiyələnib.