Pulişiçin ardından "Çelsi" növbəti transfer üçün hərəkətə keçib.

Offsideplus.az  xəbər verir ki, qol vuran futbolçu azlığından əziyyət çəkdiklərini deyən baş məşqçi Mauritsio Sarri PSJ-dən Edinson Kavaninin alınmasını istəyib. 
"Sunday Express"in iddiasına görə, Neymarla yola getmədiyi üçün Paris klubundan ayrılmaq istəyən uruqvaylı ulduz üçün 57 milyon avro təkalif edir. 
Qeyd edək ki, Kavani 2013-cü ildə "Napoli"dən PSJ-yə 64,5 milyon avroya transfer olunan Kavani cari mövsümdə meydana çıxdığı 18 rəsmi oyunda 13 qol vurub və 4 məhsuldar ötürmə edib.