İngiltərə Premyer Liqasının XXI turunda "Mançester Siti"nin evdə "Liverpul"u 2:1 hesabı ilə məğlub etdiyi matçda kuryoz hadisə baş verib.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın 18-ci dəqiqəsində qonaq komandanın futbolçusu Sadio Mane topu rəqib qapısından keçirməyə çalışıb. "Mançester Siti"nin müdafiəçisi Con Stounz isə qola mane olub. Müdafiəçi topun qapı xəttini tam keçməsinin qarşını alıb.
Avtomatik qol sistemi ("Hawk-Eye") topun 1.12 sm-nin qapı xətti üzərində qaldığını göstərib.
Qeyd edək ki, qolun qeydə alınması üçün top tam olaraq qapı xəttini keçməlidir. Həmin anda isə oyunun baş hakiminin əlindəki saat qolun qeydə alındığını göstərir.