"Beşiktaş"la yollarını ayıran Pepenin yeni klubu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, təcrübəli portuqaliyalı futbolçu karyerasını İngiltərənin "Vulverhempton" klubunda davam etdirəcək. Onun ingilislərlə yaxın günlərdə müqavilə imzalayacağı deyilir.

Qeyd edək ki, ötn ilin yayında "Real"dan "Beşiktaş"a keçən 35 yaşlı mərkəz müdafiəçisi Türkiyə klubunda keçirdiyi 52 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Pepe əvvəllər vətənində "Maritimo" və "Portu" klublarında çıxış edib.