“Mançester Yunayted” Premyer Liqada səfərdə “Liverpul”a 1:3 hesabıyla məğlub olub.

Offsideplus.az “Opta” saytına istinadən xəbər verir ki, 17 turdan sonra 26 xalla turnir cədvəlində 6-cı olan “qırmızı şeytanlar”, son 28 ilin ən pis nəticəsini əldə edib. Belə ki, “Mançester Yunayted” son dəfə 1990/91 mövsümündə 17 turdan sonra 6-cı pillədə olub.

Cari mövsümdə Premyer Liqada 7 qələbəsi və 5 məğlubiyyəti olan MY, rəqib qapılarına 29 qol vurub, eyni sayda da qapısında top görüb.