"Çelsi"nin baş məşqçisi Xabi Alonso yarımmüdafiəçi Enso Fernandesin "Mançester Siti"yə transferini şərh edib.
Offsideplus.az xəbər verir ki, London klubu argentinalı orta sahə oyunçusunu 125 milyon funt-sterlinqə satıb. İspaniyalı mütəxəssis keçidlə bağlı bunları deyib:
"Qərarları birgə qəbul edir və birlikdə çalışırıq. Əsas tapşırığımızın komandanın mənafeyini qorumaq olduğunu yaxşı anlayırıq. Yaxşı komanda ruhu və güclü heyət formalaşdırmaq niyyətindəyik. Futbolda çox şey baş verir. Enso ilə ünsiyyətimiz olub və bu, qarşılıqlı hörmətə əsaslanırdı. Onun klub üçün etdikləri möhtəşəmdir. Lakin artıq irəli baxmaq vaxtıdır. Hər mövqedə keyfiyyətli futbolçularımız var və yolumuza davam etməyə hazırıq".


