"Mançester Siti" "Everton"un hücumçusu İliman Ndiaye üçün danışıqlar aparır.

Offsideplus.az xəbər verir ki, "Şəhərlilər" seneqallı futbolçunu heyətinə qatmaq üçün "Everton"la təmasları intensivləşdiriblər.

Eyni zamanda, Cek Qrilişin ayrı bir razılaşma çərçivəsində "Everton"a qoşulması ehtimalı yüksəkdir. Hər iki klub arasında bu istiqamətdə də danışıqlar davam edir.