“Mənim üçün vacib olan komandanın oyundan-oyuna inkişaf etməsidir”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının III turunda “Qarabağ”a qarşı matçdan sonra “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido deyib.
Mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:
“Nəticədən razı qalmadım, amma deyə bilərəm ki, qırmızı vərəqəyə qədər yaxşı oyun gedirdi. Hissənin sonlarına doğru həm bizim, həm də “Qarabağ”ın qol epizodları oldu.
Komandamdan bəzi məqamlarda razı qaldım. Oyun planında irəliləyiş görürəm.
İkinci hissədə çalışdıq ki, nəticəni dəyişək. Epizodlarımız olsa da, onları qola çevirə bilmədik. Əminəm ki, yaxşı komanda olacağıq.
Əslində, vaxt haqqında danışmağı sevmirəm. Ümid edirəm ki, mövsümün sonunda hər komanda ilə mübarizə aparan komanda qura biləcəyik. Buna inanıram. Hər oyundan-oyuna inkişaf görünəcək və yaxşı heyət qurulacaq”.
Qeyd edək ki, matç “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


