“Futbolçularımı təbrik edirəm”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının III turunda “Sumqayıt“la oyundan sonra” Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:
“Azlıqda qalsaq da, vacib 3 xal qazandıq. Bu gün rəqibimizi daha yaxından tanıdıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Hava şəraitinə baxmayaraq, hər zaman stadiona gəlib bizi dəstəkləyirlər”.
Mütəxəssis Kadi Borqesin qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmasına da münasibət bildirib:
"Tvente" ilə oyunda qırmızı vərəqə yox idi. Amma bugünkü epizodda qırmızı vərəqə verilməli idi. Kadi ilə söhbətim oldu. Nə qədər sakitləşdirməyə çalışsam da, futbolçularda belə emosional anlar olur”.
Qeyd edək ki, oyun “Qarabağ”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


