Fransalı hücumçu Karim Benzema "Əl-Hilal" klubundan ayrılması ilə bağlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, bu gün Səudiyyə Ərəbistanı təmsilçisi Benzema ilə müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv olunduğunu elan edib. O, fevral ayından etibarən bu komandada çıxış edirdi.
"Bu mərhələ başa çatdı. "Əl-Hilal"a, komanda yoldaşlarıma, klubun əməkdaşlarına, azarkeşlərə və burada keçirdiyim vaxt üçün hər kəsə təşəkkür edirəm. "Əl-Hilal"a gələcəkdə uğurlar arzulayıram. Hər şey üçün Allaha şükür edirəm", – deyə Benzema sosial şəbəkədə yazıb.


