"Tottenhem" klubu London rəqibi "Çelsi"yə müraciət edərək ukraynalı cinah oyunçusu Mixail Mudrikin icarə əsasında transferi ilə bağlı sorğu göndərib.
Offsideplus.az xəbər verir ki, onlar transfer pəncərəsinin son günlərində hücum xəttini gücləndirmək üçün Mudriki heyətinə qatmaq imkanlarını nəzərdən keçirirlər.
"Çelsi" rəhbərliyinin bu gözlənilməz təklifə necə cavab verəcəyi və danışıqların hansı istiqamətdə inkişaf edəcəyi yaxın saatlarda dəqiqləşəcək.


