“Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirib.
Offsideplus.az xəbər verir ki, klub xorvatiyalı müdafiəçi Viçko Şeveli transfer edib.
25 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb. Viçko “ağ-qaralar”da 88 nömrəli forma ilə çıxış edəcək.
O, həm də müdafiənin mərkəzində və sağ cinahında da oynaya bilir.
Şevel karyerası ərzində Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.
Futbolçunun son klubu “Dandi Yunayted” olub. O, ötən mövsüm Şotlandiya təmsilçisinin heyətində 40 oyuna çıxaraq 3 məhsuldar ötürmə edib.
Şevel 2026/27 mövsümündə Şotlandiya çempionatının ilk 3 turunda, həmçinin Şotlandiya Liqa Kubokunda keçirilən 5 qarşılaşmanın hamısında meydana çıxıb.


