Rusiya aşağı divizionunda çıxış edən iranlı futbolçu Nader Mohammadi cəmi üç həftə əvvəl etdiyi möhtəşəm epizodu yenidən təkrarlayıb.
Offsideplus.az xəbər verir ki, yan xətdən atılan topu akrobatik tullanışla (somersault) cərimə meydançasına ötürən futbolçu komandasına qələbə qazandıran məhsuldar ötürməyə imza atıb.
Yan xətt üzərində topun üzərindən aşaraq əla fiziki güc və tarazlıq nümayiş etdirən Mohammadi havaya qaldırdığı topu birbaşa qol vəziyyətinə çevirib


