“Kəpəz” müdafiə xəttini təcrübəli futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı, 1,90 metr boya malik mərkəz müdafiəçisi David Domgjoni bundan sonra Gəncə təmsilçisinin uğurları üçün mübarizə aparacaq.

Albaniyalı futbolçu peşəkar karyerasına KF Tirana-da başlayıb.

O, karyerası ərzində Kastrioti, Liria Prizren, Laçi, Menemenspor, Luzern, Termalica Nieciecza, Manisa FK, Tobol və Partizani Tirana kimi klublarda çıxış edib.

Domgjoninin son klubu İsrailin Hapoel Jerusalem komandası olub.