“Arsenal”ın baş məşqçisi Arsen Venger qış transfer pəncərəsi dönəmində müdafiə xəttini gücləndirməməklərinin səbəbini açıqlayıb. 

Offsideplus.az Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis bunu maddi imkanlarının məhdud olması ilə əlaqləndirib: "Hər kəs müdafiəçi axtarır. "Mançester Siti" nə qədər pul xərcləyib müdafiə xəttini gücləndirdi. Bizim o qədər maddi imkanımız yoxdur. Onların hücum xətti də bizdən daha güclüdür”.

Qeyd edək ki, London klubu bu qış "Mançester Yunayted"dən Henrix Mxitaryan, Dortmund "Borussiya"sından Pyer-Emerik Obameyanqı transfer edib.