“Çelsi” fransız futbolçu Nqolo Kantenin müqaviləsinin müddətini uzadıb.

Offsideplus.az klub saytına istinadən xəbər verir ki, “zadəganlar” 27 yaşlı futbolçuyla 5 illik sözləşmə imzalayıb. 

Kantenin müqaviləsinin müddəti 2021-ci ildə başa çatırdı. O, 2016-cı ildə “Lester”dən 36 milyon avroya “Çelsi”yə transfer edilib.

27 yaşlı futbolçu cari mövsümdə 16 qarşılaşmada iştirak edərək, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.