"Arsenal" klubunun bu qış transfer etmək istədiyi futbolçular məlum olub. 

Offsideplus.az xəbər verir ki, "topçular"ın transfer siyahısında Cengiz Ünder ("Roma"), Nikolya Pepe ("Lill") və Usman Dembele ("Barselona") yer alıb.

Xəbərdə "Arsenal"ın prezidenti Raul Sanllehinin bu qış mütləq transfer edəcəyi vurğulanıb.

Qeyd edək ki, İngiltərə təmsilçisi Avroliqanın E qrupunda 10 xalla 1-ci pillədə qərarlaşıb.