"Brayton" klubu baş məşqçisi Fabian Hürzeler ilə müqavilənin müddətinin uzadıldığını rəsmən təsdiqləyib.
Offsideplus.az xəbər verir ki, Premyer Liqanın ən gənc mütəxəssisi (33 yaş) olan Hürzeler, yeni müqaviləyə əsasən 2029-cu ilin yayına qədər "Amex" stadionunda qalacaq.
Hazırda komandanı Çempionlar Liqasına yüksəltmək üçün mübarizə aparan almaniyalı məşqçi, bu qərardan böyük qürur duyduğunu bildirib:
"Bu klubda işləməyi və bu şəhərdə yaşamağı çox sevirəm. Klubun mənə olan uzunmüddətli etimadı böyük şərəfdir və bu, ortaq vizyonumuzu reallaşdırmaq istəyimi daha da gücləndirir. Bizim əsas məqsədimiz komandanın özünəməxsus kimliyini formalaşdırmaq, standartlarımızı hər gün bir az daha yüksəltmək və güclü rəqiblərə meydan oxumaqdır. İndiyə qədər gördüyümüz işlərlə fəxr edirəm, lakin gələcəkdə bizi daha böyük nailiyyətlərin gözlədiyinə inanıram".


