"Mançester Yunayted"in keçmiş ulduzları klubun hazırkı baş məşçisi Maykl Kerrikin rəhbərliyi ilə bağlı narazılıqlarını açıq şəkildə ifadə etməyə başlayıblar.
Offsideplus.az xəbər verir ki, Roy Kin, Pol Skoulz və Qari Nevill kimi əfsanələr Kerrikin "qırmızı şeytanlar"ı köhnə şöhrətinə qaytaracağına inanmırlar.
Klubun keçmiş kapitanlarının və ulduzlarının mövzu ilə bağlı kəskin fikirləri belədir:
-
Roy Kin: "Kerrikin "Mançester Yunayted"i yenidən zirvəyə daşıya biləcəyinə zərrə qədər də inanmıram. Komandaya daha iddialı bir lider lazımdır."
-
Pol Skoulz: "Əgər Luis Enrike təklifi qəbul edərsə, heç düşünmədən ona müraciət edilməlidir. Bizə daha təcrübəli bir mütəxəssis lazımdır."
-
Qari Nevill: "Sizcə, Qvardiola və ya Arteta kimi məşqçilər rəqib skamyasında Kerrikin olduğu bir "Mançester Yunayted"dən qorxarlar? Cavab məncə bəllidir."
Bu açıqlamalar klub daxilində və azarkeşlər arasında böyük müzakirələrə səbəb olub. Rəhbərliyin əfsanələrin bu çağırışlarına necə reaksiya verəcəyi və Kerrikin gələcəyi hələlik qeyri-müəyyən olaraq qalır.



