"Çelsi" klubu fransalı futbolçusu Nqolo Kante ilə yeni müqavilə imzalamağa hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, tərəflər arasında artıq razılıq əldə olunub. Yaxın vaxtlarda bununla bağlı London klubunun açıqlama yayacağı gözlənilir.

Qeyd edək ki, Kante ilə PSJ-nin maraqlandığı iddia edilirdi.