"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun taleyi mövsümün sonunda həll oluna bilər.
Offsideplus.az xəbər verir ki, komanda İngiltərə çempionatını ilk “dördlük”dən kənarda başa vursa, Mourinyo istefaya göndəriləcək. İstefa baş verərsə, klubun sükanı "Tottenhem"ın indiki baş məşqçisi Maurisio Poçettiniyə tapşırılacaq. "Mançester Yunayted" 12 turdan sonra turnir cədvəlində 8-ci yerdədir. “Qırmızı şeytanlar”ı 4-cü pillədən 7 xal ayırır.