“Mançester Siti”nin Premyer Liqa qaydalarını pozmaq ittihamları ilə bağlı işi yekunlaşacağı təqdirdə ciddi sanksiyalar tətbiq oluna bilər.

Offsideplus.az xəbər verir ki, klubun liqadan kənarlaşdırılması və ya aşağı divizionlara – hətta qeyri-peşəkar liqalara göndərilməsi ehtimalı var.

Ekspertlər bildirirlər ki, 40–60 xal silinməsi belə faktiki olaraq “Mançester Siti”nin liqadan düşməsi ilə nəticələnə bilər.

Titulların yenidən bölüşdürülməsi mümkündür

Əgər “Mançester Siti”nin günahı sübuta yetirilərsə, bəzi mövsümlərin çempionluqları yenidən bölüşdürülə bilər:

- “Mançester Yunayted” – 2017/18 mövsümünün çempionu elan oluna bilər

- “Liverpul” – 2018/19 və 2021/22 mövsümlərinin çempionu sayıla bilər

- “Mançester Yunayted” – 2020/21 mövsümünün çempionu elan oluna bilər

Bildirildiyinə görə, pozuntular əsasən 2009–2018-ci illəri əhatə edir. 2023-cü ilə aid yeni iddialar da mövcuddur, lakin “Mançester Siti” bütün ittihamları rədd edir.

Qeyd olunur ki, hüquqi prosesin cari mövsüm başa çatdıqdan dərhal sonra başlaması planlaşdırılır ki, bu da çempionatın gedişinə təsir etməsin.