Alejandro Qarnaçonun gələcəyi ilə bağlı maraqlı iddialar ortaya çıxıb.

Offsideplus.az xəbər verir ki, argentinalı futbolçunun agenti “Çelsi”yə eksklüziv açıqlamasında bildirib ki, Qarnaço klubda xoşbəxtdir və “Stemford Bric”də əfsanəyə çevrilmək niyyətindədir.

Futbolçu icarə əsasında komandadan ayrılmaq niyyətində deyil və hər hansı transfer yalnız daimi satış formatında baş tuta bilər.

Buna baxmayaraq, “Çelsi”nin Qarnaçonu artıq gələn yay satmağa hazır olduğu bildirilir. London klubu onu 2025-ci ilin avqustunda “Mançester Yunayted”dən 40 milyon funt sterlinq qarşılığında transfer etmişdi.

Dieqo Simeonenin çalışdırdığı “Atletiko Madrid”in futbolçuya böyük maraq göstərdiyi və onu hələ “Old Trafford” dövründən izlədiyi qeyd olunur. Həmçinin bir neçə İtaliya klubunun da Qarnaçonun durumunu yaxından izlədiyi bildirilir.