“Liverpul”un sol cinah müdafiəçisi Endryu Robertson klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, şotlandiyalı futbolçu hazırda komandada fərqli rola malik olduğunu və bundan zövq aldığını desə də, hər bir futbolçunun əsas məqsədinin meydanda oynamaq olduğunu vurğulayıb.

Robertson bildirib ki, ehtiyat skamyada oturmaqdan məmnun olan futbolçuların böyük klublarda yeri olmamalıdır. Təcrübəli müdafiəçi “Liverpul”da qalmaq istədiyini açıq şəkildə ifadə etsə də, müqaviləsinin bitməsinə 5 ay qaldığını və gələcəyi ilə bağlı qərarın hələ verilmədiyini qeyd edib.

Futbolçu bu mövzuda ailəsi ilə məsləhətləşəcəyini, klubla isə artıq danışıqlar apardığını bildirib. Robertsonun sözlərinə görə, tərəflər arasında keçirilən görüşlər məxfi xarakter daşıyır və yaxın aylarda onun gələcəyi ilə bağlı yekun qərar veriləcək.