Almaniya klubu "Borussia Dortmund" 17 yaşlı sol cinah müdafiəçisi Kaua Prates ilə yay transferi üzrə şifahi razılığa gəlib.
Offsideplus.az xəbər verir ki, BVB hazırda braziliyalı futbolçunun klubu "Kruzeyro" ilə danışıqlar aparır.
İlk təklif – təxminən 10 milyon avro – rədd edilib. Klub rəhbəri Sebastyan Khel isə ümidini itirməyib və danışıqları davam etdirir.



