"Real Madrid" in sabiq yarımmüdafiəçisi Toni Kroos “Einfach mal Luppen” podkastında “Barselona”nın bu mövsüm Çempionlar Liqasını qazanmayacağını düşündüyünü bildirib.

Offsideplus.az xəbər verir ki, Kroosun sözlərinə görə, katalon klubu Avropada bəlkə də ən cəlbedici futbolu oynasa da, oyun üslubunda ciddi risklər var:

“Pedri, Lamin Yamal və ya Rafinyanın pis günü olsa, istənilən komanda onlara zərbə vurub Çempionlar Liqasından kənarlaşdıra bilər.”

Kroos əlavə edib ki, ötən ildən qalan mövqeyini dəyişmir. Podkastda qardaşı Feliksin “Barselona beynəlxalq titul qazanmayacaq?” sualına isə Toni belə cavab verib:

“Bəli, məncə elədir.”