"Fənərbağça" rəhbərliyi heyətdən kənarlaşdırılan Cenk Tosunla müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi şəkildə bildirib.

Offsideplus.az xəbər verir ki, bu barədə klub açıqlama verib.

34 yaşlı hücumçunun qısa müddət ərzində "Kasımpaşa"ya transfer olunacağı gözlənilir.

Emre Belözoğlunun çalışdırdığı Kasımpaşa daha əvvəl İrfan Can Kahveci və Kerem Demirbayı da heyətinə qatıb.

Qeyd edək ki, Cenk Tosun 2024-cü ildə "Fənərbağça"ya azad agent kimi transfer olunmuşdu.