“Yuventus” Kenan Yıldızın transferi ilə bağlı “Liverpul”un ümidlərinə son qoyub.
Offsideplus.az xəbər verir ki, Turin klubu gənc vingerin satışda olmadığını açıq şəkildə bildirib.
Məlumata görə, təxminən 100 milyon avro dəyərində qiymətləndirilən Kenan Yıldız yaxın vaxtlarda “Yuventus”la yeni müqavilə imzalayacaq.
Yeni sözləşmə 19 yaşlı futbolçunu klubun ən çox qazanan oyunçularından birinə çevirəcək.
Klub rəhbərliyi Kenan Yıldızı gələcək layihənin əsas fiqurlarından biri hesab edir və onunla uzunmüddətli əməkdaşlıq planlaşdırır.



