Portuqaliya "Benfika"sının yeni transferi Anhel di Mariya açıqlaması ilə diqqət çəkib.
Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, 25 yaşlı argentinalı sağ cinah vingeri ona Portuqaliya klubuna keçməzdən əvvəl Səudiyyə Ərəbistanından xeyli zəng gəldiyini, lakin Premyer Liqa təmsilçisini seçdiyini bildirib:
"Səudiyyə Ərəbistanından mənə çox zənglər gəldi. Təklif etdikləri pul inanılmaz idi. Ancaq mən qəlbimin səsinə qulaq asdım".
Qeyd edək ki, Di Mariya "Benfika" ilə 2024-cü ilin 30 iyununadək müqavilə bağlayıb.