"Portu"nun ispaniyalı qapıçısı İker Kasilyas öz açıqlamasında "Real"a qayıtmaq istədiyini bildirib.

Offsideplus.az xəbər verir ki, “kral klubunun” əfsanəvi qapıçısı İker Kasilyas yenidən Santiyaqo Bernabeuya qayıtmaq istədiyini bildirib. “ İspaniya yığmasına məni dəvət etsəydilər mən şad olardım.  "Real Madrid"? Mən böyüdüyüm yeri unutmaram, məni çağırsalar dərhal razılaşaram” – deyib Iker.

Qeyd edək ki, 37 yaşlı İker 1999-cu ildən 2015-ci ilədək "Real"ın qapıçısı olub.  “Kral klubunun” heyətində 5 qat İspaniya çempionu və 3 qat Çempionlar Liqasının qalibi olan İker, "Portu"ya keçdikdən sonra orada da çempionluq titulunu qazana bilib.