“Hazırlıqlar yaxşı gedir”.
Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov deyib.
33 yaşlı idmançı növbəti döyüşünə hazırlıq prosesindən danışıb:
“Üç həftə Dağıstanda məşq toplanışı keçdik. Daha sonra yenidən Azərbaycana qayıtdım. Hazırda çəkisalma mərhələsindəyəm. Ümid edirəm ki, qalib gələcəyik. Rəqibim Kleber Koyke də tanınmış idmançıdır. O da köhnə kəmər sahibidir. İndi isə keçmiş kəmər sahibi kimi qarşılaşırıq. Əslində, bizim döyüşümüzü çoxdan gözləyirdilər”.
Kərəmov qələbə qazanacağına inanır:
“İnşallah ki, qalib gələcəyəm. “Özümü çox yaxşı hiss edirəm. Döyüşə tam hazıram. Fikrimcə, döyüşə yaxşı formada çıxacağam. İzləyicilərimə demək istəyirəm ki, maraqlı döyüş onları gözləyir”.
Qeyd edək ki, təmsilçimiz "Rizin" turnirində ilin son günündə oktaqona çıxacaq.



