Abbas Hüseynov və Kadi Borges UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununu buraxacaq.

Bu barədə Offsideplus.az saytına açıqlamasında Ağdam təmsilçisinin Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib.

O bildirib ki, hər iki futbolçu zədə səbəbindən oyunda iştirak etməyəcək.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.