Azərbaycanın geniş idman auditoriyasına malik “Offside” yeni əyləncə proqramını təqdim edir.
"OFFSIDE MAGAZINE" adlı veriliş hər həftənin şənbə günü saat 21:00-da Offside TV yutub kanalında yayımlanacaq. Verilişin məqsədi Azərbaycanda və xaricdə baş verən ən maraqlı idman maqazin hadisələrini auditoriyanın diqqətinə çatdırmaqdır.
Tanınmış aparıcıların iştirakı ilə baş tutacaq verilişdə
Sözünü birbaşa deyən, emosiyanı gizlətməyən Ceyhun Rzayev;
Hadisələrin görünməyən tərəflərini üzə çıxarmağı sevən Günay Xəlil;
İdmanın populyar mədəniyyətlə kəsişdiyi nöqtələri araşdıran Aytac Sahəd;
Detallara diqqəti və parlaq enerjisi ilə seçilən Həcər Vəliyeva yerli və xarici idman sferasında baş verən mübahisəli məsələləri birgə müzakirə edəcəklər.
“OFFISIDE MAGAZINE” verilişini Offside TV yutub kanalında, həmçinin "Offside"ın sosial media kanalları vasitəsilə izləyə bilərsiniz.


