Rza Cəfərovun qış "transfer pəncərəsində" "Neftçi"dən ayrılacağı gözlənilir.

Offsideplus.az ın əldə etdiyi məlumata görə, Samir Abasovun gedişi onun taleyinə təsir etməyəcək.

R. Cəfərov daha çox oynaya biləcəyi bir komandaya keçmək istəyir.

Onun növbəti adresi "Qəbələ" olacaq.

Baş məşqçi Kaxaber Tsxadadze də yanvar ayında yeni qapıçı almaq istədiklərini bildirmişdi.

Qeyd edək ki, 22 yaşlı qapıçı cari mövsüm heç bir oyunda meydana çıxmayıb. O, hazırda Kenan Piriç və Emil Balayevdən sonra "Neftçi"də 3-cü qapıçı sayılır.