“Futbolçular sona kimi döyüşdülər”.

Bunu Offsideplus.az saytına açıqlamasında AFFA-nın Texniki departamentinin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev deyib.

O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan–Fransa matçı haqqında fikirlərini bölüşüb:

“Rəqibin gücü hamımıza bəlli idi. Buna baxmayaraq, komandamız ilk dəqiqələrdən sona kimi əlindən gələni etdi. Bu əzmi qiymətləndirmək lazımdır. Təbii ki, ustalıq səviyyəsi də özünü göstərdi. Fransanın heyətində bir neçə əsas oyunçunun olmamasına rəğmən, onlar bizə nə qədər imkan verdisə, o qədər oynamağa çalışdıq. Rəqib həm fiziki, həm də taktiki baxımdan qat-qat güclüdür. Ancaq Santuşun rəhbərliyi altındakı milli komandamızdan fərqli olaraq, yığmamız sona kimi mübarizə apardı. Alınıb-alınmamağı başqa məsələdir. Ancaq söhbət millidən gedirsə, sona kimi mübarizə aparmalısan. Səviyyə fərqi özünü göstərdi. Hətta 1:0 öndə olduğumuz halda belə, bərabərlik olacağı möcüzə kimi görünürdü. Təəssüf ki, acı reallıq budur”.

Qeyd edək ki, yığmamız Fransaya ötən gün 1:3 hesabı ilə uduzub.