Həftəiçi hər gün saat 15:00-da Sağlam Radio 93FM-də yayımlanan "Offside" verilişində Ceyhun Rzayevlə yerli və dünya futbolunda baş verən son xəbərlər müzakirə olunub. 

Verilişin bugünkü buraxılışında Çempionlar Liqası finalı, minifutbol üzrə Azərbaycan milli komandasının dünya çempionu olması, "Sabah"ın Avropa Liqasına vəsiqə qazanması, Misli Premyer Liqası klublarının transfer gündəmi, Yassin Benzianın kubok finalından sonra cəzalı duruma düşməsi və digər məsələlər müzakirə mövzusu olub.

Verilişi "Offsidecaps" yutub kanalımızda izləyə bilərsiniz.