Uzun müddətdir gözlədiyimiz hadisə baş verdi. Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionununda oyun keçirildi. Premyer Liqanın XXI turunda "kimyaçılar" "Neftçi"ni qəbul etdi.

Qarşılaşmada baş verənləri "CBC Sport" vasitəsi ilə izlədik. "Sumqayıt" 2:1 hesabı ilə "Neftçi"ni məğlub edərək ikinci pilləyə yüksəldi. Samir Abasovun komandası əla performans sərgiləyərək qışdan sonra formada olan flaqmanı əliboş yola saldı.

Oyun haqda çox danışmağa gərək yoxdur. Yazının ərsəyə gəlməsinin məqsədi başqadır. Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda açılışdan sonra oyun keçirilməsinə PFL icazə vermirdi. Qurum bu məsələdə haqlı idi. Çünki arena Premyer Liqa oyunlarının keçirilməsinə əl vermirdi. Bundan sonra "Sumqayıt" rəhbərliyi hərəkətə keçdi. Qısa müddət ərzində çoxlu işlər görüldü. Bunlar nələr idi?

23

Yayımçı kanala görə çəkiliş üçün 3 yerdə meydança salındı. Media nümayəndələri üçün xüsusi sektor hazırlandı. İşıqlandırma sistemi tamamilə yeniləndi. Skayboksların qarşısındakı metal arakəsmələr şüşə ilə əvəz olundu. Sırf "CBC Sport"un rahat çəkiliş etməsi və yayım etməsi arenaya yüksək gərginlikli elektrik, həmçinin sürətli internet xətti çəkildi. Stadionun ətrafında və içərisində hərəkət və istiqamət göstəriciləri yox idi. Klub bu məsələni həll etdi. Nəzarət və təhlükəsizlik kameraları quraşdırıldı. Stadionun səs və görüntü (monitor) sistemi təkmilləşdirildi.

55

Yuxarıda qeyd etdiyimiz problemlər təqribən 2 ay ərzində həll olundu. Bundan sonra PFL arenada oyunun keçirilməsinə icazə verdi.

"Neftçi" ilə oyunun təşkilatçılığı da ideala yaxın idi. Düzdür, xırda problemlər yaşandı. Lakin ilk oyun üçün bunları keçmək olar.

Azarkeşlər isə bu qarşılaşmaya xüsusi maraq qatdı. Görüşü 8100 tamaşaçı izlədi. Bu, 2023/24 mövsümünün rekordu idi. Düzdür, Sumqayıt futbol şəhəridir. Burada həmişə oyunlara çox azarkeş gəlib. Lakin klubun mətbuat xidmətinin düzgün strategiyasını və işini danmaq günah olar.

nin

"Sumqayıt" rəhbərliyi 2-3 aylıq dövrdə arenanın tam hazır olması üçün əziyyət çəkdi. Komanda da bunları yüksək dəyərləndirərək ilk ev oyununda Azərbaycanın ən köklü klubunu məğlub etdi. Bayram bayrama qarışdı.

Bir sözlə, 10 ildən sonra Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadionunda gözəl oyuna və anlara şahidlik etdik. Bu hissləri bizə yaşadanlara və qarşılaşmanın təşkilində əməyi olanlara təşəkkür etmək də bizim borcumuzdur.

İLKİN SULTANLI