Minifutbol yığmamızın heyətində Avropa çempionu olan Bəxtiyar Soltanovun Offsideplus.az-a müsahibəsi...

- Minifutbol üzrə Avropa çempionu oldunuz. Hansı hisləri keçirirsiniz?

- Möhtəşəm hislərdir. Azərbaycan bayrağını Avropada dalğalandırmaq bizim üçün fəxrdir. Bütün oyunçuların karyeralarında ən böyük kubok bu idi.

- Bu turnir sizin üçün nə ilə yadda qaldı?

- Çox gözəl hislər keçirdik. Düzdür, ilk oyunumuzda Rumıniya ilə qarşılaşdıq və məğlub olduq. Düşünürəm ki, debüt oyun və arenanın ot örtüyü bizə problem yaratdı. Şükürlər olsun ki, bu komandanı finalda məğlub etdik.

- Finala kimi hansı oyun sizin üçün ağır oldu?

- Bütün oyunların ağır keçdiyini deyə bilərəm. Məqsədimiz bizi uğura apardı.

- Çempion olacağınıza inanırdınız?

- Düzünü desəm, turnirdən əvvəl buna inam yox idi. Daha sonra qazandığımız qələbələr bizi ruhlandırdı.

- Azərbaycan Respublikasının Prezident İlham Əliyevlə görüşünüz sizin üçün stimul yaratdı? 

- Həqiqətən də dövlət başçısının bizi qəbul etməsi, vaxt ayırması möhtəşəm idi. Prezidentə təşəkkürümü bildirirəm. Onun idmana qayğısı nəticəsində biz oyunçular uğur qazanırıq. Hətta Cənab Prezident çıxışında bildirdi ki, siz legionersiz bu çempionluğu qazanmısınız. O görüş hər zaman yaddaşımda şox xatirə kimi qalacaq.

- Hazırda Azərbaycanda minifutbolu daha da inkşaf etdirmək üçün nə kimi tədbirlər görülməlidir?

- İlk öncə minifutbola aid stadionlar inşa edilməlidir. Fikrimcə, gələcəkdə bu sahə Azərbaycanda daha da inkişaf edəcək. 

- Gələcək planlarınız nədir?

- Qışda dünya çempiontında çıxış edəcəyik. Hazırda bütün fikrimizi ona yönəltmişik.

Cavid Əliyev