Bu mövsümün əvvəlində "Qarabağ"dan böyük ümidlərlə Polşanın titullu klubu "Legiya"ya keçən Mahir Emreli ilk oyunlarda özünü yaxşı tərəfdən göstərdi.
Hətta Avropa Liqasının qrup mərhələsində "Lester" və "Napoli" kimi nəhəng klublara qarşı qol da vurmağı bacardı. Lakin Avropada sərgilədiyi oyunu nə Mahir, nədə ki, "Legiya" yerli çempionatda göstərə bilmədi. Belə demək olarsa, hətta komanda aşağı liqaya düşməmək üçün də mübarizə aparırdı.
Düzdür, sonda Avropa Liqasında da mübarizəni qrup mərhələsində dayandırdılar. Yenidən ölkə çempionatına köklənən paytaxt təmsilçisi burda da vəziyyətini düzəldə bilmədi. Hətta iş elə yerə gəlib çıxdı ki, "Legiya" azarkeşləri komandanın avtobusuna hücum çəkərkən, özləri üçün "tanrı" hesab etdikləri Mahirə də xəsarət yetirdilər. Əslində isə sözümün canı başqadır.
Qış fasiləsindən yararlanan 24 yaşlı futbolçu vətənə geri döndü. Gözlənilən idi ki, Emreli Azərbayacana qayıdan kimi, mətbuat orqanaları onu sual "atəş"inə tutacaqlar. Amma düşüncələrimiz bizi yanıltdı. Mahiri daha çox televizyada yayımlanan müxtəlif verlişlərdə gördük. Bu gün Mahirin anası Elnurə xanımın "instaqram" səhifəsinin "hekayə" bölümündə paylaşdığı video diqqətimi çəkdi. O, "Xəzər Tv"də yayımlanan "Fəlidən Doğru Xəbər" adlı yumoristik verilişin qonağı olub. Hazırda Mahirin 24 yaşı var və o, bu zamanını daha çox futbolçu karyerasına ayırsa və səhvləri üzərində işləsə, daha yaxşı olar. Yada ki, şou-biznes aləminin içinə düşərək məhv olacaq. Tək o deyil, elə Azərbaycan futboluda...
Ona görə də, ulduz "xəstəliyi"nə tutula bilərsən, Mahir. Ehtiyatlı ol!
Cavid Əliyev