Geridə qoyduğumuz mövsümün debütantı “İmişli”də baş məşqçi ayrılığı yaşana bilər.
Offsideplus.az xəbər verir ki, ötən yay Aran təmsilçisinin düşərgəsinə qoşulan portuqaliyalı komandadan ayrıla bilər.
Kaşkilya hazırda hardadır? Danışıqlara başlanılıb və yeni baş məşqçi axtarışına start verilibmi? Klubun icraçı direktoru Aqşin Mürsəlov suallarımızı cavabladı:
“Kaşkilya ilə bağlı bir xəbər yoxdur, istirahətdədir. Biz də məzuniyyətdəyik. Məşqçi ilə müqaviləmiz bu ayın sonunda bitəcək. Qərar da bundan sonra veriləcək. İclas keçirəcəyik, hədəflər və məşqçi ilə bağlı qərarlar burda bilinəcək”.


