“Ümid edirəm ki, komandamız bu gün yaxşı oyun nümayiş etdirəcək”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında AFFA-nın Texniki departamentin Skautlar şöbəsinin rəisi, veteran futbolçu Bəxtiyar Musayev deyib.
O, milli komandamızın "FIFA Series – 2026" beynəlxalq turnirində Syerra Leone yığmasına qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb:“Sent Lüsiya millisindən fərqli olaraq bu komanda daha güclüdür. Hər bir oyun millimiz üçün təcrübədir. Bugünkü oyunda komandamız inamlı çıxış edərsə, bu, gələcək oyunlara da müsbət təsir göstərəcək. İnanmıram ki, bugünkü matçda Ayxan müəllim əvvəlki kimi ilk hissədən sonra birdən-birə bütün heyəti dəyişsin.
Sevindirici haldır ki, ötən oyunda bütün futbolçulara şans verilmişdi. Bu gün isə əvəzetmələrin sıra ilə olacağını düşünürəm. İstərdim ki, Ayxan müəllimin görmək istədiyi sxem və epizodları komandamız meydanda uğurla yerinə yetirə bilsin. Hər bir oyun təcrübədir”.
Qeyd edək ki, qarşılaşma bu gün Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.


